Menyu

AZAL Bakı-Küveyt-Bakı reyslərini bərpa edir

Nərmin Qocamanlı
AZAL Bakı-Küveyt-Bakı reyslərini bərpa edir
1 dəq oxu

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 15-dən Bakıdan Küveytə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.

AZAL-dan "Operativ Media"ya bildirilib ki, ilkin mərhələdə aviadaşıyıcı həftədə iki dəfə - çərşənbə və şənbə günləri reyslər həyata keçirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Əlaqəli Xəbərlər