Misir prezidenti Əbdülfəttah əs-Sisi hökumətin istefasını qəbul edib və hazırkı baş nazir Mustafa Madbuliyə yeni kabineti formalaşdırmağı tapşırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə hökumət departamentinin bəyanatında məlumat verilib.
Bildirilib ki, prezident Madbuliyə səriştəli və təcrübəli insanlardan ibarət yeni hökumətin formalaşdırılması ilə bağlı göstəriş verib. Həmçinin prezident müvafiq qərarı ona bildirmək üçün hökumət başçısını qəbul edib.