Menyu

İspan fermerlər Fransa ilə sərhədi bağlayıblar

Nərmin Qocamanlı
İspan fermerlər Fransa ilə sərhədi bağlayıblar

Avropa Parlamentinə seçkilər öncəsi yüzlərlə ispan fermer traktorlarla Fransa ilə sərhədi bağlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İspaniyanın “The Olive Press” nəşri yazır.

Etiraz kəndlilərin üsyanı qrupunun təşəbbüsü ilə fransız fermerlərin iştirakı ilə başlayıb. Blokadalar Bask ölkəsindən Kataloniyaya qədər bütün sərhəd keçid məntəqələrini əhatə edib. La Jonquera bölgəsində yaxınlıqdakı Figueresdən gələn 40-a yaxın traktor AP-7 avtomobil yolunu bağlayıb. Məlumata görə, etiraz aksiyası bir gün davam edəcək.

Fermerlər Aİ-nin kənd təsərrüfatı siyasətindən narazıdırlar və ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsini tələb edirlər. Onlar Madrid və Parisi problemləri həll etmək üçün danışıqlara başlamağa, o cümlədən xarici istehsalçılardan idxala icazə vermək üçün idxal qaydalarını dəyişdirməyə çağırırlar.

Fermerlər yerli məhsullara üstünlük vermək və istehsalda istifadə olunan enerjiyə “yaşıl” vergiləri azaltmaq istəyirlər.

 

Teqlər:

"\u0130span fermerl\u0259r Fransa il\u0259 s\u0259rh\u0259di ba\u011flay\u0131blar"

Əlaqəli Xəbərlər