Menyu

Beş ərəb ölkəsi Baydenin Qəzzada nizamlanma planını dəstəkləyib

Beş ərəb ölkəsi Baydenin Qəzzada nizamlanma planını dəstəkləyib

Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misirin xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsinin tərəflərini ABŞ prezidenti Co Baydenin Qəzza zolağında təqdim etdiyi atəşkəs planını "ciddi və müsbət" qəbul etməyə çağırıblar. 

"Operativ Media" xəbər verir ki, bu barədə Səudiyyə mətbuatının yaydığı beş nazirin birgə bəyanatında deyilir.

"Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misirin xarici işlər nazirləri ABŞ prezidentinin daimi atəşkəs və Qəzzanın bütün ərazilərinə yardımın çatdırılmasına zəmanət verən razılaşmanın əldə edilməsi təklifinin ciddi və müsbət nəzərdən keçirilməsinin vacibliyini vurğulayıblar. Dinc sakinlərin iztirablarına son qoymaq üçün addım atılmalıdır", - deyə beş ölkə nümayəndələrinin onlayn şəkildə keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.

İclas iştirakçıları həmçinin Qəzza zolağına qarşı təcavüzün dayandırılması, yaranan humanitar fəlakətin dayandırılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, İsrail qüvvələrinin anklavdan tamamilə çıxarılmasına çağırıblar.

Teqlər:

"Be\u015f \u0259r\u0259b \u00f6lk\u0259si Baydenin Q\u0259zzada nizamlanma plan\u0131n\u0131 d\u0259st\u0259kl\u0259yib"

Əlaqəli Xəbərlər