Menyu

İsrail ABŞ-dən 25 ədəd F-35 qırıcısı almaq üçün müqavilə imzalayıb

İsrail ABŞ-dən 25 ədəd F-35 qırıcısı almaq üçün müqavilə imzalayıb
1 dəq oxu

İsrail Müdafiə Nazirliyi və ABŞ hökuməti İsrail Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün 25 ədəd yeni F-35 qırıcı təyyarəsinin tədarükü ilə bağlı razılıq əldə edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Müqavilə "Lockheed Martin" tərəfindən istehsal olunan 25 ədəd F-35 təyyarəsini, o cümlədən dəstək və texniki xidmətdən ibarətdir. Təyyarələrin tədarükünə 2028-ci ildə başlanacaq, ildə 3-dən 5-ə qədər təyyarə təslim ediləcək", - nazirliyin bəyanatında deyilir.

Həmçinin qeyd edilir ki, sövdələşmə məbləği təxminən 3 milyard dollar qiymətləndirilir və Amerikanın İsrailə yardım fondlarından maliyyələşir. 

Əlaqəli Xəbərlər