Fransa parlamentində yenidən Fələstin bayrağını açılıb
Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) iclası zamanı solçu "Tabe olmayan Fransa" partiyasından olan deputat Reyçel Keke Fələstin bayrağını açıb
"Operativ Media" xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Keke bildirib ki, hərəkətinə görə cəzalardan qorxmur: "Hər çərşənbə axşamı hökumət saatlarında Fələstin bayrağı kabineti məsuliyyət nümayiş etdirməyə təşviq etmək üçün qaldırılmalıdır".
Qeyd edək ki, bir həftə əvvəl onun fraksiya həmkarı Sebastien Delogue palatada oxşar aksiya keçirmişdi.