Menyu

İyunun 7-də Yelisey sarayında Makron və Zelenski arasında görüş olacaq

İyunun 7-də Yelisey sarayında Makron və Zelenski arasında görüş olacaq
1 dəq oxu

Fransa prezidenti Emmanuel Makron cümə günü Yelisey sarayında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb. 

Agentliyin məlumatına görə, görüş zamanı cəbhə xəttindəki vəziyyət, eləcə də Ukraynanın ehtiyacları müzakirə olunacaq.

Görüş müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünə təsadüf edəcək.

AFP-nin məlumatına görə, Zelenski Fransa parlamentariləri ilə də danışacaq. 

 

 

Əlaqəli Xəbərlər