Netanyahu Makrona: HƏMAS hərəkatını məhv etməyə qərarlıyıq
İsrail Qəzza zolağında həyata keçirdiyi hərbi kampaniyanın əsas məqsədinə, yəni HƏMAS hərəkatının bütün strukturunu məhv etməyə nail olmağa qərarlıdır.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında bildirib.
İsrail hökuməti başçısının ofisinin məlumatına görə, söhbət zamanı Netanyahu həmsöhbətinə anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı müzakirə olunan planın təfərrüatları barədə məlumat verib. Eyni zamanda, baş nazir bu planın İsrailə HƏMAS-ın məhv edilməsi də daxil olmaqla, özü üçün müəyyən etdiyi bütün müharibə məqsədlərini yerinə yetirməsinə imkan verdiyini vurğulayıb.