Menyu

Dövlət Departamenti: ABŞ Gürcüstandakı etiraz aksiyalarında iştirak etməyib

Dövlət Departamenti: ABŞ Gürcüstandakı etiraz aksiyalarında iştirak etməyib

ABŞ Gürcüstanda Xarici Təsirlərin Şəffaflığı Aktının qəbulu fonunda keçirilən etiraz aksiyalarında iştirak etmir və bunun əksini göstərən bütün bəyanatlar dezinformasiyadır. 

"Operativ Media" xəbər verir ki, bu sözləri brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin TASS-a müsahibəsində Gürcüstandakı etirazları Qərbin planlaşdıra biləcəyi ilə bağlı bəyanatını şərh edən Miller deyib: "Düşünürəm ki, Kremldən səslənən dezinformasiya ilə bağlı indicə verdiyim cavab burada kifayət qədər uyğun olacaq".

Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, Gürcüstanda keçirilən etirazlar gürcü xalqının öz iradəsinin ifadəsidir və ABŞ-nin buna heç bir aidiyyəti yoxdur: "Bu, gürcü xalqının öz fikirlərini ifadə etməsi ilə bağlıdır".

Teqlər:

"D\u00f6vl\u0259t Departamenti: AB\u015e G\u00fcrc\u00fcstandak\u0131 etiraz aksiyalar\u0131nda i\u015ftirak etm\u0259yib"

Əlaqəli Xəbərlər