Tailand Ukraynadakı silahlı münaqişənin həlli ilə bağlı İsveçrədə keçiriləcək konfransda iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, ölkəni xarici işlər nazirinin müavini Russ Çaliçan təmsil edəcək.
Tailand Ukrayna münaqişəsinin sürətli və sülh yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəklədiyini bildirdiyi üçün bu tədbirə dəvət edilib.
Qeyd edək ki, Ukrayna münaqişəsinin Rusiyanın iştirakı olmadan həllinə dair sammit iyunun 15-dən 16-dək İsveçrənin Bürgenstok kurortunda keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. Onlardan 80-i iştirakını təsdiqləyib.
Teqlər:
"Tailand Ukrayna sammitind\u0259 i\u015ftirak ed\u0259c\u0259k"