Suriyalı bir şəxs Beyrut ətrafında ABŞ səfirliyinə atəş açıb, atəş açan şəxs yaralanıb və Livan hərbçiləri tərəfindən saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədəLivan ordusunun bəyanatında deyilir.
"Amerikanın Livan səfirliyi Suriya vətəndaşı olan şəxs tərəfindən atəşə tutulub. Hadisənin baş vermə səbəbinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”, - deyə məlumatda bildirilir.