Menyu

Baltik dənizində NATO-nun təlimləri başlayacaq

Nərmin Qocamanlı
Baltik dənizində NATO-nun təlimləri başlayacaq

İyunu 6-da Baltik dənizində NATO-nun böyük BALTOPS 24 təlimləri başlayacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

NATO-nun 30-dan çox gəmisi və 4 mindən çox alyans əsgəri təlimlərdə iştirak etmək üçün Litvanın Klaypeda limanına gələcək. Eyni zamanda, təlimlərdə iştirak edən NATO hərbçilərinin ümumi sayı 9 minə yaxın, gəmilərin ümumi sayı isə 50-dən çox ola bilər.

NATO qarşıdakı təlimlərdə amfibiya hücumu, dəniz pilotsuz uçuş aparatlarından istifadə, hava hücumundan müdafiə fəaliyyətləri, sualtı qayıqlara qarşı mübarizə və s. daxil olmaqla geniş spektrli dəniz əməliyyatları həyata keçirməyi planlaşdırdığı bildirilir. Bu həm də bu yaxınlarda NATO blokuna qoşulan İsveçin iştirak edəcəyi ilk NATO hərbi təlimləri olacaq.

Teqlər:

"Baltik d\u0259nizind\u0259 NATO-nun t\u0259liml\u0259ri ba\u015flayacaq"

Əlaqəli Xəbərlər