Menyu

İndoneziyanın paytaxtı dəyişəcək

Nərmin Qocamanlı
İndoneziyanın paytaxtı dəyişəcək

İndoneziyanın indiki paytaxtı Cakarta təbii fəlakətlər, infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadə səbəbindən sürətlə batır. Buna görə də İndoneziyanın paytaxtı dəyişdirilir.

"Operativ Media" xəbər verir ki, İndoneziya prezidenti Coko Vidodo Borneo adasında Şərqi Kalimantan əyalətində "Nusantara" adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib.

Yeni paytaxta köçmənin 80 faiz tamamlanıb, gələn ay təmiz su xətləri bağlandıqdan sonra prezident yeni ofisindən işə başlayacaq.

"Yeni ofisimlə bağlı son dərəcə nikbinəm. Avqust ayında Müstəqillik Günü qeyd etmələri çərçivəsində yeni paytaxtın rəsmi fəaliyyətə başlamasını planlaşdırırıq", - Vidodo tikintisi davam edən Prezident Sarayının qarşısında çıxış edib.

Vidodo Nusantarada su çəninə baxış keçirib, universitet və məktəblərin təməlqoyma mərasimlərində iştirak edib və hava limanının tikintisinin avqust ayında başa çatdırılmasının gözlənildiyini bildirib.

Teqlər:

"\u0130ndoneziyan\u0131n paytaxt\u0131 d\u0259yi\u015f\u0259c\u0259k"

Əlaqəli Xəbərlər