Menyu

Makron İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək

Makron İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək
1 dəq oxu

Fransa prezidenti Emmanuel Makron 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok kurortunda Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Agence France-Presse" Yelisey sarayına istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Fransa Ukraynaya siyasi və diplomatik baxımdan dəstəyini genişləndirməyi planlaşdırır.

Məlumata görə, Ukrayna bu görüşdə Rusiya ilə hərbi əməliyyatlara son qoymaq üçün zəruri hesab etdiyi şərtləri irəli sürərək geniş dəstək alacağını gözləyir.

Əlaqəli Xəbərlər