Menyu

İsrail ordusu Rəfahda iki kilometrlik tuneli məhv edib

İsrail ordusu Rəfahda iki kilometrlik tuneli məhv edib

İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında fələstinli radikalların istifadə etdiyi təxminən 2 km uzunluğunda tunel aşkar edərək məhv ediblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tunel Filadelfiya dəhlizi adlanan yerə - Fələstin anklavı ilə Misir arasındakı sərhəd zolağına çatırmış. Ordu qeyd edib ki, yeraltı qurğu digər tunellərlə birləşdirilib.

Hərbçilər əlavə edib ki, söhbət böyük obyektdən gedir, oradakı keçidlərdə partlayışa davamlı qapılar olub, yeraltı otaqlarda isə radikallar silah, o cümlədən Kalaşnikov avtomatları və tank əleyhinə raketlər, həmçinin partlayıcı maddələr saxlayırmışlar. 
 

Teqlər:

"\u0130srail ordusu R\u0259fahda iki kilometrlik tuneli m\u0259hv edib"

Əlaqəli Xəbərlər