Menyu

ABŞ: Çin Qərbin hərbi təcrübələrini tətbiq edir

ABŞ: Çin Qərbin hərbi təcrübələrini tətbiq edir

Avstraliya, Britaniya, Kanada, Yeni Zelandiya və ABŞ-nin daxil olduğu "Beş Göz" alyansı Çinin öz pilotlarına təlim keçmək üçün Qərb hərbçilərini cəlb etdiyini bildirir. 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Milli Kəşfiyyat Direktorunun ofisinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, Çin Xalq Azadlıq Ordusu (PLA) öz çatışmazlıqlarını aradan qaldırmaq məqsədilə öz pilotlarını yetişdirmək üçün Qərbin hərbi istedadını tədrisə cəlb edir. Bəyanatda deyilir ki, söhbət NATO ölkələrinin və digər Qərb dövlətlərinin keçmiş və indiki hərbi personalından gedir.

Kəşfiyyat məlumatlarına görə, ÇXR bu məqsədlər üçün dünyadakı özəl firmaların köməyindən faydalanır. Bəyanata görə, Qərb liderləri bu əməliyyatlara təsir etmək üçün bəzi tədbirlər görüblər, lakin PLA cavab olaraq işə götürmə səylərinin xarakterini dəyişməyə davam edir. Sənəddə əlavə edilir ki, Çin hərbçilərinin Qərb ekspertlərindən məlumat alması ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyini təhdid edir.

Teqlər:

"AB\u015e: \u00c7in Q\u0259rbin h\u0259rbi t\u0259cr\u00fcb\u0259l\u0259rini t\u0259tbiq edir"

Əlaqəli Xəbərlər