Siyarto: Macarıstan NATO-nun Rusiyaya qarşı əməliyyatlarında iştirak etməyəcək
Macarıstan NATO əməliyyatlarında iştirak etməyəcək ki, bu da alyansı Rusiya ilə mümkün birbaşa münaqişəyə yaxınlaşdırır. “Operativ Media” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto SPİEF-in Sankt-Peterburqda keçirilən sessiyasında bildirilib.
O qeyd edib ki, NATO ölkələri iki ildən çoxdur ki, Ukraynadakı münaqişənin bir hissəsi olmamaq qərarına gəliblər.
“Biz NATO-nu münaqişənin bir hissəsi olmaq ehtimalına yaxınlaşdıran istənilən qərara qarşıyıq. Biz bilirik ki, NATO-nun təlim (hərbi) və ya silah göndərilməsi kimi qərarları alyansı müharibəyə qoşulmağa yaxınlaşdıracaq. Ancaq biz bunu istəmirik”, - deyə Siyarto bildirib.
Xarici işlər naziri əlavə edib ki, Macarıstan Ukrayna qoşunlarının silah təchizatı, hərbi təlimləri və maliyyələşdirilməsində iştirak etməyəcək.