Menyu

Meksika ABŞ-dən deportasiya edilən immiqrantların öz ölkələrinə göndərilməsini istəyib

Nərmin Qocamanlı
Meksika ABŞ-dən deportasiya edilən immiqrantların öz ölkələrinə göndərilməsini istəyib

Meksika ABŞ-dən deportasiya edilən qeyri-qanuni mühacirlərin Meksika əvəzinə öz vətəndaşlıq ölkələrinə geri göndərilməsini təmin etməyə çalışacaqlarını bildirib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Meksika prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında danışıb.

Obrador bildirib ki, ABŞ Meksikadan olmayan qeyri-qanuni mühacirləri deportasiya etmək qərarına gələrsə, onlar bu insanların Meksikaya deyil, birbaşa vətəndaşı olduqları ölkələrə göndərilməsini ehtiva edən razılaşma axtarırlar.

"Bizim ABŞ-dən deportasiya edilən qeyri-qanuni mühacirlərin Meksikaya göndərilməsi iləbağlı bir problemimiz yoxdur. Hamısına çox yaxşı yanaşırıq, amma niə onların birbaşa göndərilməsi üçün razılaşma olmasın?", - Obrador vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden iyunun 4-də ABŞ-Meksika sərhədini qeyri-qanuni mühacirlərin girişinə müvəqqəti bağlayan prezident fərmanını imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər