Menyu

ÜST: Qəzzada tibb müəssisələrinə edilən hücumlarda 727 nəfər həlak olub

Nərmin Qocamanlı
ÜST: Qəzzada tibb müəssisələrinə edilən hücumlarda 727 nəfər həlak olub
1 dəq oxu

2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında tibb müəssisələrinə 460-dan çox hücum qeydə alınıb, nəticədə 727 nəfər ölüb, 101 tibb müəssisəsinə ziyan dəyib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

"ÜST oktyabrın 7-dən bu yana Qəzza zolağında səhiyyə müəssisələrinə 464 hücumu qeydə alıb. Hücumlar nəticəsində 727 nəfər ölüb, 933 nəfər yaralanıb, 101 səhiyyə müəssisəsi və 113 təcili yardım maşınına ziyan dəyib", - deyə təşkilatın bəyanatında bildirilir.

Əlaqəli Xəbərlər