Husilər İraq qrupları ilə İsrailə qarşı əməliyyatları davam etdirəcəklər
Yəmənin Husilər hərəkatı İraq İslami Müqavimətinin qrupları ilə İsrailə qarşı əməliyyatlarının intensivliyini artıracaq.
"Operativ Media" xəbər verir ki, bunu Yəmən üsyançılarının lideri Əbdülməlik əl-Husi deyib.
"Bu gün səhər saatlarında silahlı qüvvələrimiz Hayfa limanında hədəflərə qarşı mühüm əməliyyat keçirərək İraq İslami Müqaviməti ilə birgə əməliyyatlara başlayıb", - əl-Husi qeyd edib.
Husilərin hərbi sözçüsü Yəhya Səriyə daha əvvəl Hayfada olan üç gəmiyə hücum etdiklərini bildirib. Onun sözlərinə görə, üç gəmidən ikisi hərbi texnika daşıyırmış. Onun sözlərinə görə, Husilər hərəkatı hücumu İraq İslam Müqaviməti ilə birgə həyata keçirib.
Teqlər:
"Husil\u0259r \u0130raq qruplar\u0131 il\u0259 \u0130srail\u0259 qar\u015f\u0131 \u0259m\u0259liyyatlar\u0131 davam etdir\u0259c\u0259kl\u0259r"