Menyu

NATO-nun "Baltops 24" təlimləri başlayır

Nərmin Qocamanlı
NATO-nun "Baltops 24" təlimləri başlayır

NATO-nun "Baltops 24" təlimləri bu gün Baltik dənizində başlayacaq. 

"Operativ Media" xəbər verir ki, təlimlərdə 20 ittifaq ölkəsindən 50-dən çox gəmi, 85 təyyarə və 9 minə yaxın hərbçi iştirak edəcək. 
Manevrlər Qərb ölkələrinin Baltikyanı vəziyyətlə bağlı qarşıdurma ritorikası fonunda həyata keçirilib. 

Alyans həmçinin bildirir ki, təlimdə Baltik dənizindəki ən böyük amfibiya qüvvələri koalisiyası, eləcə də NATO-nun minalara qarşı mübarizə qüvvələrinin ən böyük koalisiyası iştirak edəcək.

Baltops 2024-də xüsusilə yaralıların təxliyyəsi, hava hücumundan müdafiə, dəniz müdaxilə əməliyyatları, sualtı qayıqlara qarşı mübarizə, amfibiya əməliyyatları və minalara qarşı tədbirlərlə bağlı təlimlər keçiriləcək.

Teqlər:

"NATO-nun \"Baltops 24\" t\u0259liml\u0259ri ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər