Amherd: İsveçrə neytrallığına görə Ukrayna ordusuna silah vermir
Nərmin Qocamanlı
İsveçrə neytrallığına görə Ukraynaya silah verə bilmir, lakin bu ölkəyə humanitar yardımda kömək edir.
"Operativ Media" xəbər verir ki, bunu İsveçrə prezidenti Viola Amherd deyib.
“Biz neytrallığımıza görə silah verə bilmirik. Amma biz humanitar yardım göstərdik, Luqanoda ilk yenidənqurma konfransını keçirdik və 5 milyard frank məbləğində yenidənqurma yardımı vəd etdik. Neytrallıq hüququ bizə silahlı münaqişədə olan ölkələrə silah tədarükündə aydın məhdudiyyətlər verir”, - Amherd bildirib.
Teqlər:
"Amherd: \u0130sve\u00e7r\u0259 neytrall\u0131\u011f\u0131na g\u00f6r\u0259 Ukrayna ordusuna silah vermir"