Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ölkəsinin Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv qəbul edilməsinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Operativ Media" xəbər verir ki, Ersin Tatar İlham Əliyevin açıqlamasını Kipr türk xalqı üçün əhəmiyyətli və dəyərli olduğunu bildirib.
Ersin Tatar Azərbaycan və Şimali Kipr Türk Respublikasının qardaşlığının eyni millətin nümayəndələri olaraq əbədi yaşayacağını vurğulayıb:
"Lefkoşadan Bakıya qədər qardaşlığımız əbədi olacaq", - əlavə edib.