Fələstin: BMT TŞ Qəzzada müharibəyə son qoymaq üçün qətnamə qəbul etməlidir
Qərargahı İordan çayının qərb sahilinin Ramallah şəhərində yerləşən Fələstin Milli Administrasiyası (PNA) BMT-nin baş katibi Antonio Quterreşin İsrail Ordusunu (IDF) uşaq hüquqlarını pozan təşkilatların qara siyahısına əlavə etmək qərarını alqışlayıb və hesab edir ki, bu addımdan sonra BMT Təhlükəsizlik Şurası (TŞ) Fələstinin Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnamə qəbul etməlidir.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin rəhbərliyinin rəsmi nümayəndəsi Nabil Əbu Rudeyna bildirib.
"Təhlükəsizlik Şurası indi Qəzza zolağında, İordan çayının qərb sahilində və Qüdsdə Fələstin xalqına qarşı İsrailin təcavüzünə və soyqırım cinayətlərinə dərhal son qoymağa qərar verməlidir", - deyə Əbu Rudeyna qeyd edib.
Onun fikrincə, təcavüzü dayandırmağın və beynəlxalq birliyin bütün qətnamələrini yerinə yetirməyin vaxtı çatıb.
Teqlər:
"F\u0259l\u0259stin: BMT T\u015e Q\u0259zzada m\u00fcharib\u0259y\u0259 son qoymaq \u00fc\u00e7\u00fcn q\u0259tnam\u0259 q\u0259bul etm\u0259lidir"