Ağ Ev: ABŞ-nin Ukrayna münaqişəsində iştirakı Avropa üçün fəlakət olardı
ABŞ-nin Ukraynadakı silahlı münaqişəyə cəlb edilməsi təkcə bu respublikanın əhalisi üçün deyil, həm də bütün Avropa üçün potensial fəlakətli nəticələr verə bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.
"Prezident Co Bayden əvvəldən açıq şəkildə bildirdi ki, biz üçüncü dünya müharibəsi və Rusiya ilə müharibə istəmirik. Bu münaqişənin bu qədər genişlənməsi təkcə Ukrayna xalqı üçün deyil, həm də Avropa qitəsi üçün fəlakətli nəticələrə gətirib çıxara bilər", - Kirbi vurğulayıb.
Teqlər:
"A\u011f Ev: AB\u015e-nin Ukrayna m\u00fcnaqi\u015f\u0259sind\u0259 i\u015ftirak\u0131 Avropa \u00fc\u00e7\u00fcn f\u0259lak\u0259t olard\u0131"