Menyu

ABŞ yeni qravitasiya bombası hazırlayır

ABŞ yeni qravitasiya bombası hazırlayır

ABŞ prezidenti Co Bayden administrasiyası nüvə silahı strategiyasını sərtləşdirir, çünki Rusiya və Çin keçən il ABŞ-nin silahlara nəzarəti müzakirə etmək səylərini dəstəkləməyiblər.

"Operativ Media" xəbər verir ki, bu barədə "Semafor" qəzeti Bayden administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb. 

Ağ Evin həmsöhbəti qeyd edib ki, xüsusilə, yeni qravitasiya bombasının hazırlanması, həmçinin "Ohayo" sinifli bir sıra nüvə sualtı qayıqlarının xidmət müddətinin uzadılması qərara alınıb: "Co Bayden administrasiyası həmçinin yaranan nüvə təhlükələri qarşısında ABŞ nüvə qüvvələrinin gələcək təkamülünü nəzərdən keçirir və əsas müttəfiqlərin özlərini müdafiə etmək üçün lazım olan uzun mənzilli zərbə və nəzarət imkanlarına malik olmasını təmin etməyə çalışır". 

"Semafor" xatırladır ki, 2023-cü ildə Co Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan ABŞ-nin Çin və Rusiya ilə silahlara nəzarəti ilkin şərt olmadan müzakirə etməyə hazır olduğunu söyləyib: "Lakin Pekin və Moskva faktiki olaraq ABŞ-ni yanaşmasını dəyişməyə məcbur edən bu addımı atıb, yəni təklifləri rədd etdilər". 

"Bayden administrasiyası hələ də geosiyasi rəqiblərini danışıqlar masasına gətirməyə ümid edir, lakin göstərmək istəyir ki, Rusiya və Çin əməkdaşlıqdan imtina etsələr, təhlükəsizlik mühitinin pisləşməsi ilə üzləşəcəklər", - ABŞ rəsmisi bildirib.

Teqlər:

"AB\u015e yeni qravitasiya bombas\u0131 haz\u0131rlay\u0131r"

Əlaqəli Xəbərlər