Menyu

Cənubi Koreya KXDR ilə sərhəddə səsgücləndiricilərdən yayıma başlayacaq

Cənubi Koreya KXDR ilə sərhəddə səsgücləndiricilərdən yayıma başlayacaq

Koreya Respublikası Şimali Koreya Xalq Respublikasından təkrar zibil balonlarının göndərilməsinə cavab olaraq Şimali Koreya ilə sərhədində səsgücləndiricilərin fəaliyyətini bərpa edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, iyunun 9-da Milli Təhlükəsizlik Şurası Şimali Koreyadan zibil balonlarının buraxılmasına cavabları müzakirə edib: "Şimali Koreya rejimi üçün gördüyümüz tədbirlərə dözmək çətin olacaq, lakin bu tədbirlər Şimali Koreyanın əhalisinə və ordusuna işıq və ümid gətirəcək". 

Seul bildirib ki, gərginliyin artmasına görə bütün məsuliyyət Pxenyanın üzərinə düşür. Təhlükəsizlik Şurasının iclasında administrasiyanın müvafiq departamentinin rəhbəri Çanq Ho-jin, müdafiə naziri Şin Von-sik, xarici işlər naziri Ço Tae-yol və başqaları iştirak ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər