http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

KİV: Çexiyada terror təhlükəsi ilə əlaqədar hazırlıq artırılıb

09 İyun 2024 , 11:20
KİV: Çexiyada terror təhlükəsi ilə əlaqədar hazırlıq artırılıb

Çexiya polisi mümkün terror aktı ilə bağlı məlumatlara görə bazar günü gecə ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "İdnes" xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, vağzallarda, ictimai nəqliyyatda və ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Polisə avtobus dayanacaqları və dəmiryol stansiyalarının yaxınlığında şübhəli şəxsləri diqqətlə izləmək tapşırılıb.

Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri Vit Rakuşan hüquq-mühafizə orqanlarının hazırda ani təhlükə barədə məlumatı olmadığını təsdiqləyib: "Mən təsdiq edə bilərəm ki, polis indi Çexiya sakinləri üçün profilaktik təhlükəsizlik tədbirləri görür, lakin polisin infrastruktur təhlükəsi barədə məlumatı yoxdur".

"Hazırda polis xaricdəki hücumlarla bağlı işi araşdırır. Şübhəli şəxs saxlanılıb, lakin buna baxmayaraq, ehtiyat tədbiri olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb", - nazir daha sonra özünün "X" səhifəsində yazıb. Təfərrüatlar barədə bazar ertəsi Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra ictimaiyyətə məlumat veriləcək.

Bazar ertəsi Dövlət Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir

İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir

Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb

Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb

Ermənistanda polisə atəş açılıb

Ermənistanda polisə atəş açılıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu