Menyu

Yonhap: Şimali Koreya yenidən Cənubi Koreyaya zibil balonları göndərib

Yonhap: Şimali Koreya yenidən Cənubi Koreyaya zibil balonları göndərib

Cənubi Koreya hərbçiləri iyunun 9-da sərhəddə səsgücləndiricilərdən orduya və xalqa psixoloji təsir göstərmək məqsədi daşıyan proqram yayımladıqdan sonra KXDR yenidən zibillə dolu olduğu güman edilən şarları Koreya Respublikası ərazisinə göndərib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi  hərbçilərə istinadən məlumat yayıb.

İyunun 9-da Koreya Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurası KXDR-dən zibil balonlarının buraxılmasına cavab olaraq səsgücləndiricilərin işini bərpa etmək qərarına gəlib. Şimali Koreya iyunun 8-dən 9-na keçən gecə Cənubi Koreyaya 330-a yaxın zibil balonunu buraxıb. 

İyunun 2-də Şimali Koreyanın müdafiə nazirinin müavini Kim Qanq İl bildirib ki, tədbir cavab xarakteri daşıdığı üçün Demokratik Xalq Respublikası müvəqqəti olaraq hava şarlarının göndərilməsini dayandırır. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər