Malayziya D-8 ölkələrini İsraillə əlaqələri kəsməyə çağırıb
Nərmin Qocamanlı
Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən inkişaf etməkdə olan D-8 qrupunu İsraillə bütün iqtisadi əlaqələri kəsməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir Türkiyənin İstanbul şəhərində keçirilən D-8 xarici işlər nazirlərinin fövqəladə toplantısında bildirib.
O, D-8 üzvlərini blokla Fələstin Dövləti arasında əməkdaşlığı qurmağa və rəsmiləşdirməyə çağırıb.
“Malayziya və D-8-ə üzv dövlətlər İsrailin Qəzza zolağında və bütün İşğal olunmuş Fələstin Ərazilərində (OPT) davam edən təcavüzünü kəskin şəkildə pisləyərək Fələstin xalqı ilə həmrəy olduqlarını təsdiqlədilər”, - nazir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net