Menyu

Husilər Britaniya esminesi və iki ticarət gəmisinə zərbələr endiriblər

Husilər Britaniya esminesi və iki ticarət gəmisinə zərbələr endiriblər
1 dəq oxu

Yəmənin husi üsyançıları Qırmızı dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinin "HMS Diamond" esminesinə ballistik raketlər atıb.

"Operativ Media" xəbər verir ki, bu barədə husilərin bəyanatında bildirilib.

Onların sözlərinə görə, zərbə "dəqiq" olub, lakin onlar gəminin zədələnib-zədələnmədiyini dəqiqləşdirməyiblər.

Bundan əlavə, husilər iki ticarət gəmisinə - Ərəbistan dənizində olan "Tavvishi" konteyner gəmisinə, eləcə də müxtəlif növ yüklər daşıyan, Antiqua və Barbuda bayrağı altında üzən "Norderney" gəmisinə hücum etdiklərini bildiriblər.

Əlaqəli Xəbərlər