Menyu

Polşanın Belarus sərhədində bufer zonanın yaradılması qərarı təsdiqlənib

Polşanın Belarus sərhədində bufer zonanın yaradılması qərarı təsdiqlənib
1 dəq oxu

Polşa hökuməti Belarusla sərhədin bir neçə hissəsində dərinliyi 200 m-dən 2 km-ə qədər olan bufer zonasının qaytarılması haqqında fərmanı təsdiqləyib. 

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş naziri Donald Task məlumat verib.

Task deyib: "Biz Belarusla sərhəddə xüsusi zona ilə bağlı qətnaməni təsdiq etdik. Bu zonanın uzunluğu bir neçə on kilometr, dərinliyi isə bəzi ərazilərdə 200 m-dən 2 km-ə qədər olacaq". 

Mayın 29-da Task ilk dəfə olaraq, qanunsuz miqrantların Polşa sərhədçiləri və hərbçilərinə qarşı hücumlarının sayının kəskin artması səbəbindən Belarusla sərhəddə bufer zonanın yaradılması qərarını açıqlamışdı. 

Əlaqəli Xəbərlər