Ermənistan parlamenti iyunun 17-də hökumətin istefası layihəsinə baxacaq
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib, iclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihə daxil ediləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə sərəncam qanunverici orqanın saytında dərc olunub.
"Ermənistan Konstitusiyasının maddəsinə və "Milli Məclisin reqlamenti" qanununa uyğun olaraq, Milli Assambleyanın deputatlarının təşəbbüsü ilə 2024-cü il iyunun 17-də saat 18:30-da aşağıdakı gündəliyi müzakirə etmək üçün növbədənkənar sessiya çağırılsın: "Hökumətin istefası və yeni hökumətin formalaşdırılmasının zəruriliyi haqqında Milli Assambleyanın mesajının layihəsi", - sənəddə deyilir.
Bazar günü axşam "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, müxalifət parlamentdə baş nazir Nikol Paşinyanın impiçmenti prosesini başlatacaq və xalq bunu qanunvericilikdə dəstəkləyəcək. Bundan sonra minlərlə insan Baqramyan prospektində parlamentə gələrək bütün gecəni orada qalıb.
Teqlər:
"Erm\u0259nistan parlamenti iyunun 17-d\u0259 h\u00f6kum\u0259tin istefas\u0131 layih\u0259sin\u0259 baxacaq"