BRİCS ölkələri narkotiklərlə mübarizədə əməkdaşlığı vacib sayır
BRİCS xarici işlər nazirləri narkotiklərlə mübarizə məsələlərində əməkdaşlığın vacibliyini qəbul ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin Nijni Novqorodda BRİCS xarici əlaqələr qurumları rəhbərlərinin görüşünün yekunları üzrə dərc etdiyi birgə bəyanatın mətnində deyilir.
"Nazirlər BRİCS ölkələri arasında narkotiklərlə bağlı məsələlərdə əməkdaşlığın vacibliyini qəbul etdilər və 21-22 may 2024-cü il tarixlərində Moskvada BRİCS anti-narkotik işçi qrupunun iclasını qeyd etdilər", - məlumatda qeyd edilir.
İclas iştirakçıları həmçinin narkotik ticarətinin miqyası ilə bağlı narahatlıqlarını ifadə ediblər: "Onlar təsdiq etdilər ki, narkotik problemi səmərəli və genişlənən beynəlxalq əməkdaşlıq yolu ilə çoxtərəfli qaydada həll edilməli olan ümumi məsuliyyətdir".
Teqlər:
"BR\u0130CS \u00f6lk\u0259l\u0259ri narkotikl\u0259rl\u0259 m\u00fcbariz\u0259d\u0259 \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 vacib say\u0131r"