İtaliya Ukraynaya daha 140 milyon avro maliyyə yardımı ayıracaq
Nərmin Qocamanlı
İtaliya hakimiyyəti Ukraynaya ümumi məbləği 140 milyon avro olan daha bir maliyyə yardımı paketi təqdim etməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Antonio Tajani bildirib.
Onun sözlərinə görə, belə bir addım Romada İtaliya hökuməti tərəfindən təsdiqlənib. Nazir alınan vəsaitin Kiyevdə ölkənin hava hücumundan müdafiəsini dəstəkləmək üçün istifadə olunacağını açıqlayıb.
Həmçinin Berlində Ukraynanın bərpasına dair beynəlxalq konfransda Tajani əlavə edib ki, Ukraynanın bərpasında əsas strategiya hava hücumundan müdafiə sistemlərindən istifadədir.
İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri bu yolla Ukraynanın infrastrukturunun mühafizəsinin təmin oluna biləcəyini açıqlayıb.
“Bu kontekstdə İtaliya hava hücumundan müdafiə əməliyyatını təmin etmək üçün Kiyevə yeni hərbi yardım paketi göndərməyə hazırdır", - o vurğulayıb.
Teqlər:
"\u0130taliya Ukraynaya daha 140 milyon avro maliyy\u0259 yard\u0131m\u0131 ay\u0131racaq"