Yəmən sahillərində qayığın batması nəticəsində 39 nəfər ölüb
Nərmin Qocamanlı
Yəmən sahillərində qayığın çevrilməsi nəticəsində Afrika vətəndaşlarından ən azı 39 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) və yerli hakimiyyət orqanlarının məlumatında əks olunub.
Sağ qalanlar xilasetmə qruplarına bildiriblər ki, 260 miqrantı daşıyan gəmi güclü külək nəticəsində batıb.
İtkin düşən 150 nəfərin axtarışları davam edir. Sağ qalan 71 nəfərə isə yardım edilib.
Məlumata görə, gəmidə olanlar əsasən Fars körfəzi ölkələrinə getmək üçün Yəməndən tranzit məntəqəsi kimi istifadə edən Efiopiyadan olan miqrantlardır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net