Almaniya Ukraynaya təlimatçı göndərməyi lazım görmür
Almaniya Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin təlimini Ukrayna ərazisində deyil, öz ərazisində davam etdirməyi zəruri hesab edir.
"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə Almaniyanın şimalındakı poliqona səfər edən Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
"Mən bu barədə fikrimi dəyişməmişəm. Düşünürəm ki, biz burada təlim keçsək bəsdir", - Pistorius deyib.
Onun sözlərinə görə, Ukrayna torpağında təlim keçilsə, orada təlimatçıların və əsgərlərin mühafizəsini təmin etmək lazım olacaq.
Pistoriusun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Almaniyada olarkən, bərpa və istirahət üçün kifayət qədər vaxta malik olmaqla, təlimə diqqət yetirə bilər.