Liviya 163 qeyri-qanuni immiqrantı deportasiya edib
Nərmin Qocamanlı
Liviyanın Qanunsuz İmmiqrasiya ilə Mübarizə Bölməsi Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə əməkdaşlıq edərək 163 Banqladeşli qeyri-qanuni immiqrantı deportasiya edib.
"Operativ Media" xəbər verir ki, bölmədən verilən açıqlamada, Liviyada yaşamaq icazəsi olmayan qeyri-qanuni mühacirlərə qarşı əməliyyatların davam etdiyi bildirilib.
Qeyd edək ki, Liviya Aralıq dənizi vasitəsilə qeyri-qanuni yollarla Avropaya çatmaq istəyən qeyri-qanuni miqrantlar üçün çıxış nöqtəsi olaraq görülür.