Menyu

KİV: ABŞ-də 8 Tacikistan vətəndaşı saxlanılıb

Nərmin Qocamanlı
KİV: ABŞ-də 8 Tacikistan vətəndaşı saxlanılıb

ABŞ-də “İslam Dövləti” terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 8 Tacikistan vətəndaşı saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, müttəhimlər FTB-nin Los-Anceles, Nyu-York və Filadelfiyada keçirdiyi reydlər zamanı həbs ediliblər. Saxlanılanların hamısı ABŞ-yə ölkənin cənub sərhədindən keçib, onlardan ən azı ikisi ötən ilin yazında olub.

FTB araşdırma aparıb və bu şəxsləri bir neçə ay ərzində izləyib, lakin indiyədək onlara terror aktı hazırlamaqda ittiham irəli sürülməyib. Həbsin rəsmi səbəbi immiqrasiya qanunlarının pozulması ilə bağlıdır.

Teqlər:

"K\u0130V: AB\u015e-d\u0259 8 Tacikistan v\u0259t\u0259nda\u015f\u0131 saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər