Putin Aİİ-nin İranla azad ticarət sazişini ratifikasiya edib
Nərmin Qocamanlı
Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.
"Operativ Media" xəbər verir ki, müvafiq sənəd hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib .
2023-cü il dekabrın 25-də Sankt-Peterburqda imzalanan saziş Rusiya hökuməti tərəfindən ratifikasiyaya təqdim edilib. Onun məqsədi tarif və qeyri-tarif maneələrini azaltmaq və ya aradan qaldırmaq, iqtisadi və ticarət qarşılıqlı fəaliyyətini dəstəkləməklə Aİİ ölkələri ilə İran arasında ticarəti liberallaşdırmaq və sadələşdirməkdir.
Teqlər:
"Putin A\u0130\u0130-nin \u0130ranla azad ticar\u0259t sazi\u015fini ratifikasiya edib"