Menyu

Bloomberg: G7 Çini Rusiyadan uzaqlaşmağa çağıracaq

Nərmin Qocamanlı
Bloomberg: G7 Çini Rusiyadan uzaqlaşmağa çağıracaq

G7 ölkələrinin liderləri Çini Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağıracaq.

"Operativ Media" xəbər verir ki, bu barədə "Bloomberg" G7-nin bəyanat layihəsinə istinadən xəbər verir.

Bəyannamə layihəsində bildirilib ki, Çinin Rusiyanın müdafiə sənayesi bazasına verdiyi dəstəyin təhlükəsizlik baxımından əhəmiyyətli və geniş təsirləri var. Həmçinin qeyd olunub ki, G7 Çini “ədalətli sülhü dəstəkləməyə” çağıracaq.

Həmçinin iyunun 12-də G7 ölkələrinin Çinlə ticarət gərginliyindən danışacaqları və yaxın vaxtlarda edəcəkləri bəyanatda ticarət siyasətlərinin "qlobal yayılma effektləri" yaratdığını bildirəcəkləri qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər