ABŞ və Ukrayna liderləri təhlükəsizlik sazişi imzalayacaq
İyunun 13-də İtaliyada keçirilən görüşdən sonra ABŞ Prezidenti Co Bayden mayın 21-nə keçən gecə Ukrayna Prezidenti Volodimir Zelenski ilə təhlükəsizlik sazişi imzalayacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.
O bildirib ki, keçən il bir neçə Qərb ölkəsi Ukrayna ilə uzunmüddətli ikitərəfli təhlükəsizlik sazişləri üzrə danışıqlar aparıb: "İndiyədək 15 ölkə Ukrayna ilə belə sazişlər imzalayıb və mən məmnuniyyətlə demək istəyirəm ki, Ukrayna ilə danışıqlarımız yekunlaşıb və sabah biz bu sazişi imzalayacağıq".
"Bu razılaşma sayəsində biz Ukraynadan da islahatlarla bağlı öhdəliklərini yerinə yetirməyə və təqdim etdiyimiz silahların son istifadəsinə nəzarət etməyə çalışırıq", - deyə dövlət başçısının müşaviri əlavə edib.
O, Kiyevin Amerika qoşunlarının Ukraynaya göndərilməsi xahişi ilə Vaşinqtona yaxınlaşmadığını vurğulayıb: "Buna görə də, bu müqavilə Ukraynanı müdafiə etmək üçün qüvvələrimizdən istifadə etmək öhdəliyini ehtiva etmir".
Teqlər:
"AB\u015e v\u0259 Ukrayna liderl\u0259ri t\u0259hl\u00fck\u0259sizlik sazi\u015fi imzalayacaq"