NATO Ukraynanı ildə 40 milyard dollar dəyərində silahla təmin etmək planını təsdiq edəcək
İyunun 13-də keçiriləcək iclasda NATO-nun müdafiə nazirləri Ukraynaya ildə 40 milyard dollar dəyərində silahların ayrılması planını təsdiq edəcəklər və alyans təchizatı koordinasiya edəcək.
"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
"Mən nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiqləyəcəklərini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir", - o deyib.
Stoltenberqin sözlərinə görə, plana uyğun olaraq, NATO ölkələri Ukraynaya hər il 40 milyard dollar hərbi yardım göstərməlidir: "Münaqişə başlayandan NATO ölkələri hər il 40 milyard dollar hərbi yardım göstəriblər. Biz bu minimumu lazım olan müddətdə saxlamalıyıq".