Menyu

Ağ Ev: ABŞ ilə təhlükəsizlik sazişi Ukraynanın NATO-ya daxil olmasına kömək edəcək

Ağ Ev: ABŞ ilə təhlükəsizlik sazişi Ukraynanın NATO-ya daxil olmasına kömək edəcək

Cümə axşamı imzalanacaq ABŞ-Ukrayna Təhlükəsizlik Müqaviləsi Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına kömək edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.

"Ötən il Vilnüs sammitində bütün müttəfiqlərin, o cümlədən ABŞ-nin imzaladığı NATO-nun birgə bəyanatında Ukraynanın gələcəyinin NATO-da olduğu bildirilirdi. Müttəfiqlər şərtlər yerinə yetirildikdə, NATO-ya üzv olmaq üçün Ukraynaya dəvət göndərə biləcəklər. Və bütün müttəfiqlər bununla razılaşırlar. ABŞ Prezidenti Co Bayden danışanda və bu ikitərəfli təhlükəsizlik sazişinə gətirib çıxaracaq prosesi təsvir edərkən, şərtlər yerinə yetirildikdə və bütün müttəfiqlər razılaşdıqda, imzalanmış ikili müqavilənin Ukraynanın NATO-ya üzvlüyünə körpü olacağını söylədi", - Sallivan qeyd edib.

"Bu körpü Ukraynaya öz təhlükəsizliyini təmin etmək, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazım olan potensialı yaratmağa kömək etməkdən ibarətdir. Siz bunu mətndə gördüyünüz kimi sənədin mətnində də görəcəksiniz", - deyə dövlət başçısının müşaviri əlavə edib.

İyunun 13-də İtaliyada keçirilən görüşdən sonra Bayden mayın 21-nə keçən gecə Ukrayna Prezidenti Volodimir Zelenski ilə təhlükəsizlik sazişi imzalayacaq.

Teqlər:

"A\u011f Ev: AB\u015e il\u0259 t\u0259hl\u00fck\u0259sizlik sazi\u015fi Ukraynan\u0131n NATO-ya daxil olmas\u0131na k\u00f6m\u0259k ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər