Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani və ABŞ dövlət katibi Antoni Blinken Dohada görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qətər xəbər agentliyi QNA məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Qətər əmiri və Blinken müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını, həmçinin Qəzza zolağı və işğal olunmuş Fələstin ərazilərində baş verənləri müzakirə ediblər.
Tərəflər həmçinin Qəzzada dərhal atəşkəsin və bölgəyə humanitar yardım axınının təmin edilməsi üçün vasitəçilik səylərinin davam etdirilməsini də danışıblar.