Menyu

Aİ məhkəməsi Macarıstanı 200 milyon avro cərimələyib

Nərmin Qocamanlı
Aİ məhkəməsi Macarıstanı 200 milyon avro cərimələyib

Avropa İttifaqının (Aİ) ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi Macarıstanın AB qanunlarını pozan sığınacaq sistemini tətbiq etməyə davam etdiyinə görə 200 milyon avro cərimə ödəməsinə qərar verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Ədalət Məhkəməsinin dərc etdiyi qərarda qeyd olunub.

Bildirilib ki, Macarıstan Məhkəmənin hökmü ilə Aİ qanunlarından irəli gələn öhdəliklərini yerinə yetirmədiyi hər gün üçün 1 milyon avro cərimə ödəməlidir.

Qərarda Macarıstanın AB-nin sığınacaq siyasətinə qəsdən məhəl qoymadığı vurğulanıb və bu vəziyyətin Aİ qanunvericiliyində görünməmiş və son dərəcə ciddi pozuntu təşkil etdiyi qeyd edilib.

 

Teqlər:

"A\u0130 m\u0259hk\u0259m\u0259si Macar\u0131stan\u0131 200 milyon avro c\u0259rim\u0259l\u0259yib"

Əlaqəli Xəbərlər