İsrail ordusu son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın törədib, bu hücumlarda daha 30 nəfər ölüb, 105 nəfər isə yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 37 min 232, yaralıların sayı isə 85 min 37-yə çatıb.