Hizbullah Qolan təpələrində 9 hərbi obyektə hücum edib
Qolan təpələrində İsrailin 9 hərbi obyekti Hizbullah milisləri tərəfindən vurulub.
"Operativ Media" xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında yerləşdirilən məlumatında deyilir.
"İslam müqavimət qüvvələri düşmənin Zavur, Yoav, Kayle və Nafah bölgələrindəki kazarmalarını "Katyuşa" minaatanlarından yaylım atəşi ilə vurub. Bundan əlavə, düşərgələrə iriçaplı "Fəlaq" raketləri və tank əleyhinə idarə olunan raketlər də atılıb", - məlumatda bildirilib.
Hesabatda qeyd edilir ki, hücumlar pilotsuz təyyarələrinin istifadəsi ilə davam edib: "Birbaşa zərbə nəticəsində düşmən itki verib və hərbi texnika sıradan çıxıb".