Menyu

Bayden Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb

Bayden Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb

ABŞ prezidenti Co Bayden Belarus rəhbərliyinin nümayəndələrinə qarşı sanksiyalar rejimini bir il müddətinə uzadıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə dövlət başçısının müvafiq fərmanı Ağ Ev tərəfindən yayılıb.

Sənəddə qeyd edilir: "Belarus hökumətinin bəzi nümayəndələrinin hərəkətləri və siyasəti, o cümlədən Belarus rejiminin bədxah fəaliyyəti və uzun müddət davam edən sui-istifadələri dövlət üçün qeyri-adi və həddindən artıq təhlükə yaratmaqda davam edir". 

Baydenin sözlərinə görə, hakimiyyət həmçinin Belarusdakı demokratik prosesləri və institutları sarsıdır. Vaşinqtonun fikrincə, siyasi repressiyalarla, o cümlədən insanların saxlanması və yoxa çıxması, habelə korrupsiya və dövlət əmlakından sui-istifadə və səlahiyyətdən sui-istifadə ilə bağlı insan hüquqlarının pozulması halları var. 
 

Teqlər:

"Bayden Belarusa qar\u015f\u0131 sanksiyalar\u0131 bir il m\u00fcdd\u0259tin\u0259 uzad\u0131b"

Əlaqəli Xəbərlər