Menyu

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları daha bir il uzadıb

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları daha bir il uzadıb

ABŞ prezidenti Co Bayden Şimali Koreyaya qarşı birtərəfli sanksiyalar rejimini daha bir il uzadıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı sənəddə deyilir.

Söhbət prezidentin 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə imzaladığı bir sıra sərəncamlar əsasında tətbiq edilən məhdudiyyətlərin davam etdirilməsini nəzərdə tutan fövqəladə vəziyyət adlanan müddətin uzadılmasından gedir. Vaşinqtonun o zaman gördüyü tədbirlər, xüsusən Pxenyanın kütləvi qırğın silahları və onların çatdırılma vasitələrini yaymasının qarşısını almağa yönəlmişdi.

Bəyanatda izah edilir ki, Koreya yarımadasında silah üçün istifadə edilə bilən parçalana bilən materialların yayılması riski və Şimali Koreya hökumətinin hərəkətləri və siyasəti milli təhlükəsizlik, xarici siyasət və iqtisadiyyat üçün təhdid yaratmaqda davam edir.

Baydenin iyunun 13-də imzaladığı bildirişin mətnində deyilir: "Ona görə də Şimali Koreya ilə bağlı milli fövqəladə vəziyyəti bir il müddətinə uzadıram".

Bu cür sanksiya rejimlərinin hər il yenilənməsi Amerika qanunları ilə nəzərdə tutulub. 

Teqlər:

"AB\u015e \u015eimali Koreyaya qar\u015f\u0131 sanksiyalar\u0131 daha bir il uzad\u0131b"

Əlaqəli Xəbərlər